"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi də “şahmat” birinciliyi keçirilib

--2017-08-14 / 09:35

“Beynəlxalq Gənclər günü” münasibətilə Binəqədi Rayon icra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə start verilmiş “Gənclik həftəsi” layihəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində əsgərlər arasında “şahmat” birinciliyi keçirilib.

Tədbirdə Binəqədi rayon Gənclər və idman idarəsinin rəisi Elvin Aslanov, hərbi hissənin komandir müavini polkovnik-leytenant Zabil əliyev, Binəqədi rayon Gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Yarışın nəticəsinə görə Baxış Mikayılov I yeri, əli Hüseynzadə II yeri, şəmistan Mammədov III yeri tutub.

Qaliblər Binəqədi rayon Gənclər və idman idarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Belediyye.info

ŞƏRHLƏR